DataLife Engine > Idman > Azərbaycan daha bir pillə gerilədi -

Azərbaycan daha bir pillə gerilədi -


5-10-2018, 11:39. Yerləşdirdi: Tural Azərbaycan daha bir pillə gerilədi -





Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan reytinq siyahısında 1 pillə geriləyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 27-ci pillədəyik. Azərbaycanın hesabında 18.500 reytinq xalı var. Onun 1.875 (1.125 "Qarabağ”, 0,250 "Neftçi”, 0,250 "Keşlə”, 0,250 "Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

Azərbaycandan bir pillə önd qərarlaşan Qazaxıstanın da hesabında 18.500 xal var. Lakin qazaxlar cari mövsümdə daha çox xal qazandıqları üçün öndədilər. 28-ci pillədəki Bolqarıstanın isə 16.500 reytinq xalı var.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu doğma meydanda İngiltərə təmsilçisi "Arsenal”a məğlub oldu - 0:3.

Onu da əlavə edək ki, qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
Geri qayıt