DataLife Engine > Idman > Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır

Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır


13-09-2018, 16:09. Yerləşdirdi: sefa Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır2019-cu ilin aprelində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.

Xalqinfo.az xəbər verir ki, bu barədə Qran-Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.

N.Arpadarai “Formula-1” trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini açıqlayıb.
Geri qayıt