DataLife Engine > Idman, BLOK XƏBƏR > Şəhriyara sponsorlar müraciət edir -

Şəhriyara sponsorlar müraciət edir -


28-08-2018, 14:22. Yerləşdirdi: Tural Şəhriyara sponsorlar müraciət edir -





Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra ona sponsorlar tərəfindən çoxlu sayda müraciətlər ünvanlanıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə öz feysbuk hesabında yazıb.

"İki bank, qida sektorunu təmsil edən bir şirkət, bir hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazırdır. Menecerinə yönəltmişik, yəqin, nəticəsi müsbət olacaq. Bir şirkət üç il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də, dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə, çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun”, - deyə S.Şərifzadə qeyd edib.
Geri qayıt