DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > Vəzifə verilən Nailə Rüstəmzadə kimdir? - Foto

Vəzifə verilən Nailə Rüstəmzadə kimdir? - Foto


21-12-2017, 13:49. Yerləşdirdi: sefa Vəzifə verilən Nailə Rüstəmzadə kimdir? - FotoÖtən gün AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərarlardan biri də Nailə Rüstəmzadə ilə bağlıdır.

Xalqinfo.az xəbər verir ki, N.Rüstəmzadə AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin edilib.

Böyük ictimaiyyətə o qədər də tanış olmayan N.Rüstəmzadə kimdir?

Nailə xanım Qərb Universitetinin məzunudur, hüquqşünasdır. Onun 2006-cı ilə “Beynəlxalq Hüquq” adlı kitabı işıq üzü görüb. İspan dilini bilir. Prosport.az-ın məlumatında bildirilir ki, o, 2008-ci ilin martında Meksika Xarici İşlər nazirinin müavini Mariya De Luardes Aranda Beasurinin Bakıya səfəri zamanı 2 ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi kimi Meksika Diplomatik Akademiyasında "Meksika və Latın Amerikası dövlətlərinin xarici siyasəti” mövzusunda 1 aylıq təlim kurslarına dəvət olunub. Həmçinin Rüstəmzadə vaxtı ilə İspaniya Krallığındakı səfirliyimizdə 3-cü katib vəzifəsində də çalışıb.

Yeri gəlmişkən, Nailə Rüstəmzadə İspaniyada Hüquq-Biznes Məktəbində Beynəlxalq İdman Hüququ fakültəsinin məzunu olub. Həmçinin, onun İspaniyada diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi də var./Axar.az

Vəzifə verilən Nailə Rüstəmzadə kimdir? - Foto
Vəzifə verilən Nailə Rüstəmzadə kimdir? - Foto
Geri qayıt