DataLife Engine > Idman > ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi

ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdi


10-12-2017, 22:23. Yerləşdirdi: sefa ABŞ milli yığmasını Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verdiABŞ milli yığmasını Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına göndərməklə bağlı qərar verib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Fox News telekanalının efirində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

Ona “Vaşinqton Koreya yarımadasında gərginliyin artmasına baxmayaraq, ABŞ yığmasını 2018-ci il Olimpiya oyunlarına göndərməklə bağlı qərar qəbul edibmi?” sualı verilib.

“Bəli, biz olimpiya yığmasını tam tərkibdə göndərməyə hazırlaşırıq”, - deyə diplomat cavab verib.

Xatırladaq ki, bir müddət öncə Heyli ABŞ yığmasının Phençhanda keçiriləcək Qış Olimpiya oyunlarına qatılmasının tövsiyyə olunması məsələsinin hələ açıq qaldığını bildirmişdi.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.
Geri qayıt