Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu
8-12-2017, 08:42. Yerləşdirdi: sefa
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Xalqinfo.az-ın xəbərinə görə, gecənin matçlarından sonra növbəti mərhələyə yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.
Avropa Liqasından 1/16 finala yüksələn 24 komandanı təqdim edirik:
A qrupundan İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Astana”
B qrupundan Ukraynanın “Dinamo Kiyev” və Serbiyanın “Partizan”
C qrupundan Portuqaliyanın “Braqa” və Bolqarıstanın “Ludoqorets”
D qrupundan İtaliyanın “Milan” və Yunanıstanın AEK
E qrupundan İtaliyanın “Atalanta” və Fransanın “Lyon”
F qrupundan Rusiyanın “Lokomotiv” və Danimarkanın “Kopenhagen”
G qrupundan Çexiyanın “Viktoriya Plzen” və Rumıniyanın “Styaua”
H qrupundan İngiltərənin “Arsenal” və Serbiyanın “Srvena Zvezda”
I qrupundan Avstriyanın “Zalsburq” və Fransanın “Marsel”
J qrupundan İspaniyanın “Atletik” və İsveçin “Ostersun”
K qrupundan İtaliyanın “Latsio” və Fransanın “Nitsa”
L qrupundan Rusiyanın “Zenit” və İspaniyanın “Real Sosyedad”.
Bundan əlavə Çempionlar Liqasında öz qruplarında üçüncü yeri tutmuş səkkiz komanda da, Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparacaq: MOİK (Rusiya), “Seltik” (Şotlandiya), “Atletiko” (İspaniya), “Sportinq” (Portuqaliya), “Spartak” (Rusiya), “Napoli” (İtaliya), “Leipzig” (Almaniya) və “Borussiya Dortmund” (Almaniya).
Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
Geri qayıt