DataLife Engine > Idman > Güləşçilərimiz Astanada 3 qızıl medal qazandı

Güləşçilərimiz Astanada 3 qızıl medal qazandı


6-12-2017, 14:54. Yerləşdirdi: sefa Güləşçilərimiz Astanada 3 qızıl medal qazandıQazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak ediblər.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıbla

Geri qayıt