DataLife Engine > Idman > Olimpiada iştirakçısı barda öldürüldü

Olimpiada iştirakçısı barda öldürüldü


4-12-2017, 20:40. Yerləşdirdi: sefa Olimpiada iştirakçısı barda öldürüldü“Rio 2016” oyunlarında iştirak etmiş kolumbiyalı ağırlıqqaldıran Edvin Mosqera Roa öldürülüb.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı idmançı Palmira şəhərində barların birində silahlı hücuma məruz qalıb.

Başından və kürəyindən güllələnən Mosqera yerindəcə keçinib.

Polis hazırda hadisəni törədən şəxsi axtarır.

Cinayətkarı tapana 4 min avro mükafat veriləcəyi vəd edilib.
Geri qayıt