DataLife Engine > Idman > “Qarabağ”ın oyunu xorvatlara tapşırıldı

“Qarabağ”ın oyunu xorvatlara tapşırıldı


4-12-2017, 16:05. Yerləşdirdi: sefa “Qarabağ”ın oyunu xorvatlara tapşırıldı“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Xalqinfo.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki ilə Maryan Tomas kömək edəcək. Ehtiyat hakim isə italiyalı Daniele Martinelli olacaq.

Polşalı Marçin Stefanski oyunun UEFA nümayəndəsi olacaqsa, italiyan Domeniko Messina hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Sabah keçiriləcək “Roma” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Geri qayıt