DataLife Engine > Idman > “Qarabağ” Romaya yollanır

“Qarabağ” Romaya yollanır


3-12-2017, 13:33. Yerləşdirdi: sefa “Qarabağ” Romaya yollanır
Bu gün saat 16:00-da “Qarabağ” təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola düşəcək. Çərşənbə axşamı, dekabrın 5-də, burada ağdamlılar yerli “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son oyununa çıxacaqlar.

Xalqinfo.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.

Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq.

Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çıxışlarını yekunlaşdıracaq.
Geri qayıt