DataLife Engine > Idman > Ölkə kubokunda növbəti 1/8 finalçılar müəyyənləşəcək

Ölkə kubokunda növbəti 1/8 finalçılar müəyyənləşəcək


29-11-2017, 09:48. Yerləşdirdi: sefa Ölkə kubokunda növbəti 1/8 finalçılar müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, bütün 1/4 finalçılar Premyer Liqa klubları ilə Birinci Divizion təmsilçilərinin duellərindən sonra müəyyənləşəcək. Altı matçdan dördü Bakıda, biri Qəbələdə, biri isə Sumqayıtda baş tutacaq.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmalardan sonra "Qarabağ” və "Neftçi” müvafiq olaraq “Qaradağ Lökbatan” və “Zaqatala”nı mübarizədən kənarlaşdıraraq, 1/4 finala vəsiqə qazanıblar.

Azərbaycan Kuboku
1/8 final
29 noyabr


13:30. MOİK – "Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov.
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

13:30. "Kəpəz” – "Binə”
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov.
Bakı. "Dalğa Arena”.

13:30. "Şüvəlan” – "Səbail”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Bakı. "AZAL Arena”.

14:00. "Qəbələ” – "Mil-Muğan”
Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elman Kərimov, Kərim Kərimov.
Qəbələ şəhər stadionu.

16:00. "Zirə” – "Xəzər”
Hakimlər: Orxan Məmmədov, Roman Vasilyev, Məmmədəli Kərimov, Sərxan İsmayılov.
Zirə İdman Kompleksinin stadionu.

16:00. "Sumqayıt” – "Sabah”
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov.
Sumqayıt. "Kapital Bank Arena”.
Geri qayıt