DataLife Engine > Idman > Roberto Karlos “fizika qanunlarını pozan” qolun sirrini açdı

Roberto Karlos “fizika qanunlarını pozan” qolun sirrini açdı


28-11-2017, 23:57. Yerləşdirdi: sefa Roberto Karlos “fizika qanunlarını pozan” qolun sirrini açdı
Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos 1997-ci ildə Fransa komandası ilə yoldaşlıq görüşü zamanı cərimə zərbəsindən vurduğu qolun sirrini açıb.

Xalqinfo.az-ın xəbərinə görə, futbolçunun sözlərini L'Equipe nəşri sitat gətirir.

“Top dəqiq qapıdan yan keçirdi, lakin küləyin köməyi ilə o, istiqamətini dəyişdi və dirəyə dəyərək çərçivəyə daxil oldu. Bu möcüzə idi”, - Karlos bildirib.

Roberto Karlos Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu adını qazanıb.
Geri qayıt