DataLife Engine > Idman > Qızı Maradonanın cibinə girdi -

Qızı Maradonanın cibinə girdi -


26-11-2017, 08:21. Yerləşdirdi: sefa Qızı Maradonanın cibinə  girdi  -
Məşhur futbolçu, Argentina yığmasının sabiq kapitanı Dieqo Maradona onun pulunu oğurlayan qızı Caninnanın həbsinə nail olmaq istəyir. Bu barədə “Qazeta.Ru” məlumat yayıb.

Maradonanın dediyinə görə, Caninna bacısı Dalma ilə birlikdə onun hesabından 1,61 milyon avro pul oğurlayıb.

Sabiq futbolçunun fikrincə, qızların bu əməlinin arxasında keçmiş həyat yoldaşı Klaudiya Vilyafan dayanır.

“Uruqvayda bizim əlimizə sübut keçib ki, Caninna bank hesabı ilə əməliyyat aparıb. Biz onun həbsinə nail olmağa hazırlaşırıq”, - deyə Maradonanın vəkili Matias Morla bildirib.
Geri qayıt