DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > Şenol Günəş “Qarabağ” - “Çelsi” oyununa gəlir

Şenol Günəş “Qarabağ” - “Çelsi” oyununa gəlir


22-11-2017, 17:29. Yerləşdirdi: sefa Şenol Günəş “Qarabağ” - “Çelsi” oyununa gəlir
Ötən gecə Türkiyə çempionu “Beşiktaş”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Portu” klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik.

Xalqinfo.az xəbər verir ki, matç zamanı arenanın bayır divarlarından “Come to Beşiktaş” yazısı da qeyd olunmuşdu.

Bu barədə məlumat qardaş ölkə mətbuatında da işıqlandırılıb. Bu cür dəstək “Beşiktaş” tərəfindən cavabsız qalmayıb. Belə ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş həm BOS-un ağ-qara rənglərə boyanması, həm də buradakı “Beşiktaş” tərəfdarlarına təşəkkür etmək üçün Azərbaycana gəlir. Bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb.

“Beşiktaş”ın çalışdırıcısı bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında məhz BOS-da keçiriləcək oyunu da canlı izləyəcək.
Geri qayıt