DataLife Engine > Idman, BLOK XƏBƏR > Respublika stadionunda "Qarabağ" izdihamı -

Respublika stadionunda "Qarabağ" izdihamı -


3-11-2014, 17:35. Yerləşdirdi: Esi Respublika stadionunda "Qarabağ" izdihamı -Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılıb.

Biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.

"Xalqinfo.az" qol.az-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılsa da, Respublika stadionunda kassalar önündə azarkeş sıxlığı olub. Bu isə onu deməyə əsas verir ki, "Qarabağ" - "Dnepr" oyununda tribunalar ağzınadək dolacaq.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulub. Klubun saytında yer alan xəbərdə yalnız holoqramlı biletlərin etibarlı sayılacağı bildirilib.

Respublika stadionunda "Qarabağ" izdihamı -Respublika stadionunda "Qarabağ" izdihamı -Respublika stadionunda "Qarabağ" izdihamı -
Geri qayıt