DataLife Engine > Idman > "Ronaldo eqoistdir, Messi isə komandasını düşünür"

"Ronaldo eqoistdir, Messi isə komandasını düşünür"


12-11-2017, 11:54. Yerləşdirdi: sefa "Ronaldo eqoistdir, Messi isə komandasını düşünür"
2009-2010-cu illərdə "Barcelona"da forma geyinən Dmitri İspaniya karyerası barədə fikirlərini bölüşüb.

Xalqinfo.az goal.az-a istinadən xəbər verir ki, karyerasını AEK (Yunanıstan) klubunda davam etdirən 31 yaşlı müdafiəçi bunları deyib:

"Barcelona" fərqli dünyadır. Mən orda oynadığım vaxt komandada Messi və İbrahimoviç vardı. Transferimə 25 milyon avro xərclənmişdi. Bu, üzərimdə təzyiq yaradırdı. Çünki əsl qiymətim bu deyildi.

Komandaya uyğunlaşmaq üçün vaxta ehtiyacım vardı. Tələb olunanı edə bilmədim. "Camp Nou"da azarkeşlər tərəfindən etirazla qarşlanmaq məni çaşdırmışdı. 5 dəqiqə ərzində fitə tutuldum. Daha sonra məni "Shakhtar"a geri göndərdilər. Xosep Qvardiola ilə münasibətim yaxşı idi. Son dəfə Duqlas Kosta haqqında öyrənmək üçün zəng vurmuşdu.

Ronaldo? O, güclü hücumçudur. Amma dünyanın ən yaxşısı deyil. Çünki eqoistdir. Messi tam başqadır. O, hər zaman komandasını düşünür".
Geri qayıt