DataLife Engine > Idman > Mühafizəçilər Del Piyeronu Messinin yanına buraxmayıblar

Mühafizəçilər Del Piyeronu Messinin yanına buraxmayıblar


11-11-2017, 00:00. Yerləşdirdi: sefa Mühafizəçilər Del Piyeronu Messinin yanına buraxmayıblar
İtaliya millisinin keçmiş hücumçusu Alessandro Del Piyero Moskvada mehmanxanada Messi ilə görüşmək istəyərkən, mühafizəçilər onu içəri buraxmayıblar.

Xalqinfo.az-ın xəbərinə görə, hadisənin videosunu Life nəşri dərc edib.

Paytaxt mehmanxanasının mühafizəçiləri məşhur futbolçunu tanımayıblar. İtaliyalının köməkçiləri və jurnalistlər mühafizəçiləri rus dilində onun kim olduğunu izah etməyə çalışsalar da, bu heç bir nəticə verməyib.

Bir müddət sonra Argentina məşqçilər ştabının nümayəndələrindən biri səs-küyə gələrək anlaşılmazlığa son qoyub. O, Del Piyeronu qucaqlayaraq Messinin yanına aparıb.
Geri qayıt