DataLife Engine > Idman > Gimnastlarımız Belçikada 5 medal qazandı

Gimnastlarımız Belçikada 5 medal qazandı


6-11-2017, 17:31. Yerləşdirdi: sefa Gimnastlarımız Belçikada 5 medal qazandı
Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb.

Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.

O, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Daha sonra o, halqa, gürzlər və lentlə də final mərhələlərində növbəti 3 qızıl medala yiyələnib. Z.Ağamirova 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.
Geri qayıt