DataLife Engine > Idman > Millimizin üzvünə 3 oyunluq və 3 min avro cəza

Millimizin üzvünə 3 oyunluq və 3 min avro cəza


24-10-2017, 14:08. Yerləşdirdi: sefa Millimizin üzvünə 3 oyunluq və 3 min avro cəza
Almaniya Futbol Federasiyasının İntizam Komitəsi "Ezgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarovu cəzalandırıb.

"Xalqinfo" xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib. Bundan əlavə Aue təmsilçisi Nazarovun hərəkətinə görə 3 min avro məbləğində cərimə olunub.

Qeyd edək ki, yığmamızın futbolçusu II Bundesliqanın 11-ci turunda "Yan Regensburq"la oyunun 20-ci dəqiqəsində topu bilərəkdən rəqib futbolçunun üzünə vurduğu üçün cəzaya məruz qalıb.

Klubun rəsmi saytına açıqlama verən D.Nazarov qərarla razılaşdığını bildirib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”


Geri qayıt