DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > “Qarabağ” fanatlarını aşağılayan yazar üzr istədi

“Qarabağ” fanatlarını aşağılayan yazar üzr istədi


22-10-2017, 21:39. Yerləşdirdi: sefa “Qarabağ” fanatlarını aşağılayan yazar üzr istədi
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı ev oyununda bir qrup “Qarabağ” azarkeşinin açdığı pankartı lağa qoyan Türkiyənin “Sabah” qəzetinin idman yazarı Mevlut Tezel etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəyib.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, yazı “Sabah”ın saytından silinməklə bərabər, müəllif özü sosial şəbəkə vasitəsilə Azərbaycan xalqından üzr istəyib.

M.Tezel yazı ilə bağlı bunları qeyd edib.

“Qarabağ”ın “Atletiko” ilə ev oyununda bəzi tərəfdarların klubun adını yazaraq şəffaf fayla qoyduğunu gördükdə, onların bu təvazökar addımına dair zarafatyana bir yazı yazmağa çalışdım. Amma sosial şəbəkələrdə böyük hücuma məruz qaldım. Bəziləri təşkilatlanmış şəkildə hərəkət etdi: erməni, FETÖ-çü olduğumu və s. yazdılar. Mənə və ailəmə edilən təhqirləri isə burada yazmağa tərbiyəm icazə vermir. Yazdığım yazı ortadadır. Mən yazıdakı “əzik” bənzətməsini də tribunalarda böyük örnəklərini görməyə alışdığımız “koreografi”lər arasında müqayisə aparmaq üçün işlətdim. Yazıda qətiyyən Azərbaycan xalqını və “Qarabağ” tərəfdarlarını təhqir edəcək bir ifadə yoxdu. Qarabağ, Azərbaycan xalqı ilə nə alıb verə bilmədiyim ola bilər ki? Azərbaycan xalqına və Qarabağdakı haqlı mücadiləsinə sonsuz hörmət və dəstək göstərən bir qəzetdə çalışıram. “Qarabağ” azarkeşlərini təhqir etməyim üçün mənim dəli olmağım lazımdır!”

M.Tezel yazının sonunda bir daha Azərbaycan xalqından və “Qarabağ” tərəfdarlarından üzr istəyib: “Yazım yanlış anlaşıldısa və ya düşüncələrimi tam olaraq oxucularıma çatdıra bilmədimsə (necə ki, elə oldu), qardaş Azərbaycan xalqı və “Qarabağ” azarkeşlərindən üzr istəyirəm”.
Geri qayıt