DataLife Engine > Idman > UEFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmalara başladı

UEFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmalara başladı


20-10-2017, 15:30. Yerləşdirdi: sefa UEFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmalara başladı
UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.

“Xalqinfo” xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” - “Roma” oyununda “canavarlar”ın fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.

Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.


Geri qayıt