DataLife Engine > Idman > “İnter”dən ardıcıl 3-cü məğlubiyyət -

“İnter”dən ardıcıl 3-cü məğlubiyyət -


20-10-2017, 20:21. Yerləşdirdi: sefa “İnter”dən ardıcıl 3-cü məğlubiyyət -
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

“Xalqinfo” xəbər verir ki, turun açılış matçında “Səbail” “İnter”i qəbul edib.

Oyunun taleyini 1 qol həll edib. 16-cı dəqiqədə Murtuz Abakarov “Səbail”ə qələbə qazandıran qola imza atıb. “Səbail” xalını 9-a çatdıraraq “İnter”i geridə qoyub və 5-ci pilləyə yüksəlib.

Bu, yaxşı günlər keçirməyən “İnter”in ardıcıl 3-cü məğlubiyyəti, həm də meydanı qələbəsiz tərk etdiyi ardıcıl 5-ci matçı olub.

Qeyd edək ki, “İnter” növbəti matçlarını “Keşlə” adı altında oynayacaq.


Geri qayıt