DataLife Engine > Idman > ““Qarabağ”la oyundan sonra hər şey dəyişəcək” -

““Qarabağ”la oyundan sonra hər şey dəyişəcək” -


9-10-2017, 15:03. Yerləşdirdi: sefa ““Qarabağ”la oyundan sonra hər şey dəyişəcək” -
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib. “Xalqinfo” xəbər verir ki, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edilən uğursuz nəticələr barədə danışıb.

O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlardə qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib: “Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.

Qeyd edək ki, “Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.



Geri qayıt