DataLife Engine > Idman > 4 ildir komada olan Şumaxerdən yeni xəbər var

4 ildir komada olan Şumaxerdən yeni xəbər var


22-09-2017, 19:47. Yerləşdirdi: sefa 4 ildir komada olan Şumaxerdən yeni xəbər var
2013-cü ildə xizək sürən zaman ağır xəsarət alaraq komaya düşən məşhur “Formula 1” pilotu Mixael Şumaxerlə bağlı yeni məlumat yayılıb.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 4 ildir Cenevrədəki evində müalicə alan Şumaxerin ailə üzvləri, onu Amerikaya aparmaq istəyirlər.

Məlumata görə, ABŞ-da Mark Miks adlı beyin cərrahı idmançını xüsusi metodlarla müalicə etmək istəyir. Dallas şəhərində yaşayan həmin cərrah travmoloji xəstəliklərlə bağlı böyük təcrübələrinin olduğunu açıqlayıb.

Hazırda Şumaxerin yaxınları M.Miksi yeni ümid olaraq görür.


Geri qayıt