DataLife Engine > Idman > 2024 və 2028-ci il olimpiadalarının keçiriləcəyi şəhərlər rəsmiləşdi

2024 və 2028-ci il olimpiadalarının keçiriləcəyi şəhərlər rəsmiləşdi


14-09-2017, 01:48. Yerləşdirdi: sefa 2024 və 2028-ci il olimpiadalarının keçiriləcəyi şəhərlər rəsmiləşdi
Bu gün Perunun paytaxtı Limada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti sessiyası keçirilib.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sessiyada 2024 və 2028-ci il olimpiadalarının keçiriləcəyi şəhərlər rəsmiləşib.

Daha əvvəl müəyyənləşdiyi kimi Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə, 2028-ci ildə isə Los-Ancelesdə keçiriləcək.

Qeyd edək ki, oyunlar üçün Paris 6,8, Los-Anceles isə 4,5 milyard avro büdcə ayırıb.


Geri qayıt