DataLife Engine > Idman > Rəşad Sadıqov dünya futbol tarixinə düşdü

Rəşad Sadıqov dünya futbol tarixinə düşdü


13-09-2017, 11:16. Yerləşdirdi: sefa Rəşad Sadıqov dünya futbol tarixinə düşdü
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov dünya üçün nadir hesab olunan tarixi göstəriciyə imza atıb.

“Xalqinfo” xəbər verir ki, 35 yaşlı müdafiəçi eyni gündə avrokuboklarda həm məşqçi, həm də futbolçu olaraq iştirak edən şəxs kimi futbol tarixinə düşüb.

Sadıqov baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasını Gənclər Liqasında “Çelsi” ilə oyuna (0:5) çıxaran millimizin kapitanı Çempionlar Liqasının qrup mərhələsində London klubu ilə keçirilən matçda (0:6) ilk 70 dəqiqədə meydanda olub. O, iki böyükhesablı məğlubiyyətə üzülüb.


Geri qayıt