DataLife Engine > Idman > Rəşad Sadıqovun komandası darmadağın oldu

Rəşad Sadıqovun komandası darmadağın oldu


12-09-2017, 18:04. Yerləşdirdi: sefa Rəşad Sadıqovun komandası darmadağın oldu
Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.

“Xalqinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

12 sentyabr
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)


"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri

Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:

Çelsi”: Kamminq, Ceyms, Kolli, Çaloba, Dasilva, Ampadu, Sterlinq, Makkormik (k), Teylor-Krossdeyl, Meddoks, Xadson-Odoi

Ehtiyat oyunçular: Bulka, Familio-Kastilyo, Braun, Makikran, Qei, Qallaxer, Qrand

Qarabağ”: Məmməd Hüseynov, Turan Manafov, Süleyman Əhmədov, Oliver Stoymenovski,Zaur Fərzəliyev (k), Əsgər Hüseynov,İbrahim Qədirzadə, İbrahim Əliyev, Elçin Əsədov,Boyan Miovski,Yusif Həsənov

Ehtiyat oyunçular: Rəhim Rəhimli, Rahid Ağazadə, Ülvi İbrahimov, Əli Əliyev, Famin Əliyev, İbrahim Hüseynov, Taleh Rzayev

Matçın start fiti verildi

***

Qurban Qurbanovun oğlu Musa Qurbanlı matçın iştirak ərizəsinə salınmayıb.

***

Görüşün birinci hissəsində hesab açılmayıb.

Hazırda matçın ikinci hissəsi davam edir.

***

İbrahim Qədirzadə 49-cu dəqiqədə qırmızı vərəqə alıb.

***

54-cü dəqiqədə Hudson Odoi qol vuraraq "Çelsi"ni önə keçirib.

***

63-cü dəqiqədə Luk MakKormik hesab arasındakı fərqi 2-yə çatdırıb.

***

Luk MakKormik 71 və 74-cü dəqiqədə vurduğu qollarla komandasını 4-0 önə keçirib.

***

80-ci dəqiqədə Çarli Braun 5-ci qolu vurub.

Rəşad Sadıqovun komandası darmadağın oldu

Geri qayıt