DataLife Engine > Idman > “Qarabağ”dan yeni transfer

“Qarabağ”dan yeni transfer


6-09-2017, 11:10. Yerləşdirdi: sefa “Qarabağ”dan yeni transfer
UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın U-19 komandası yeni transfer edib.

Xalqinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov Makedoniyanın “Rabotniçki” klubunda çıxış edən Boyan Miovskini heyətə qatıb.

Onunla rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ" U-19 bu mövsüm UEFA Gənclər Liqasında yarışacaq. Əsas komanda kimi, gənclərin də rəqibi "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) olacaq. "Qarabağ" U-19 komandası ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək.


Geri qayıt