DataLife Engine > Idman > “Çelsi”-“Qarabağ” oyununa getmək istəyən azərbaycanlılara -

“Çelsi”-“Qarabağ” oyununa getmək istəyən azərbaycanlılara -


29-08-2017, 16:00. Yerləşdirdi: sefa “Çelsi”-“Qarabağ” oyununa getmək istəyən azərbaycanlılara -
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

"Xalqinfo" xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.


Geri qayıt