DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > Prezidentin tərifini dünyalara dəyişmərəm” - Rəşad Sadıqov

Prezidentin tərifini dünyalara dəyişmərəm” - Rəşad Sadıqov


26-08-2017, 23:35. Yerləşdirdi: sefa Prezidentin tərifini dünyalara dəyişmərəm” - Rəşad Sadıqov
Bu gün Topaz Premyer Liqasında üçüncü tura yekun vurulub.

“Xalqinfo” xəbər verir ki, turun əsas oyunu “Qarabağ” və “Qəbələ” arasında olub. Qarşılaşma Ağdam klubunun 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlama verib.

"Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm. Sanki fikirlərimi oxudu. Çox gözəl sözlər idi. Elə anda prezident mənə təriflər dedi ki, sona yaxınlaşan vaxtda. Çox xoş idi. Baxaq görək nə necə olacaq.

Oyunun sonlarında rəqib komandanın azarkeşlərindən biri məni çağırdı və dedi ki, Çempionlar Liqasında sizi sona qədər dəstəkləyirik. Rəqib komanda azarkeşindən bunu eşitmək çox yaxşıdır. Mən də ona təşəkkürümü bildirdim”,-deyə Rəşad söyləyib.
Geri qayıt