DataLife Engine > Idman > "Roma"nın baş məşqçisi "Qarabağ"dan danışdı

"Roma"nın baş məşqçisi "Qarabağ"dan danışdı


24-08-2017, 23:07. Yerləşdirdi: sefa "Roma"nın baş məşqçisi "Qarabağ"dan danışdı
İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasında düşdükləri qrupu dəyərləndirib.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" komandaları kimi önəmli rəqiblərlə qarşılaşacaqlarını bildirib.

Bununla yanaşı, Di Françesko "Qarabağ"ı kənarda saxlamağı düzgün saymayıb: "Bu komandanı da qiymətləndirməmək olmaz. Hər zaman bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Biz qrup mərhələsinə tam hazırıq".
Geri qayıt