DataLife Engine > Idman > Kifayət Qasımova İslamiadanı gümüş medalla başa vurdu -

Kifayət Qasımova İslamiadanı gümüş medalla başa vurdu -


13-05-2017, 21:38. Yerləşdirdi: Leyla Kifayət Qasımova İslamiadanı gümüş medalla başa vurdu -
IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında mübarizə aparan idmançımız Kifayət Qasımova həlledici görüşdə əlcəzairli Ratiba Tariketə məğlub olaraq "Bakı-2017"ni gümüş medalla başa vurub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Kifayət Qasımova finaladək keçirdiyi görüşlərdə Mərakeş və Kot D'İvuar idmançılarına qalib gəlsə də, uğurlu çıxışını finalda davam etdirə bilməyib.

2009-cü il dünya çempionatının bürünc mükafatçısı olan Kifayət Qasımova 2006-cı ildə Avropa çempionatının gümüş, 2007-ci və 2008-ci illərdə isə bürünc mükafatlarını qazanıb. O, həmçinin Pekin və London olimpiadalarının iştirakçısı olub.

Leyla Həsənova
Geri qayıt