DataLife Engine > Idman > “Qəbələ”, “İnter”, “Sumqayıt” Antalyaya gedir -

“Qəbələ”, “İnter”, “Sumqayıt” Antalyaya gedir -


11-01-2017, 10:28. Yerləşdirdi: sefa “Qəbələ”, “İnter”, “Sumqayıt” Antalyaya gedir -

Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Qəbələ”, “Sumqayıt”, “İnter” bu gün təlim-məşq toplanışlarını keçirəcəkləri Antalyaya üz tutacaqlar.

Xalqinfo” xəbər verir ki, hazırda hava limanında olan hər 3 klubun üzvləri birbaşa reyslə adıçəkilən şəhərə gedəcəklər.

Qəbələ” Antalyaya heç də tam heyətlə getmir. Belə ki, komandanın xorvatiyalı yarımmüdafiəçisi Petar Franyiç Azərbaycanda qalacaq. Mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçu “Qəbələ”nin əvəzedici komandası ilə birlikdə məşq edəcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt