DataLife Engine > Idman > 40 milyonluq təklifi rədd etdi

40 milyonluq təklifi rədd etdi


8-01-2017, 12:28. Yerləşdirdi: sefa 40 milyonluq təklifi rədd etdi














Münxenin “Bavariya” futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb.

2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə “Bavariya” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində
Geri qayıt