DataLife Engine > Idman > Turnirin üçüncüsü olduq

Turnirin üçüncüsü olduq


1-01-2017, 23:13. Yerləşdirdi: sefa Turnirin üçüncüsü olduq

Lüksemburqda kişi voleybolçulardan ibarət milli komandaların iştirakı ilə Yeni ilə həsr olunmuş “Novotel Cup-2017” beynəlxalq turnirinə yekun vurulub.

Xalqİnfo” xəbər verir ki, turnirdə millimiz ilk oyununu İslandiya komandasına qarşı keçirib. Komandamız beynəlxalq turnirə qələbə ilə başlayıb – 3:1.

Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komandamız ardıcıl iki oyunda Lüksemburq və Almaniya yığmalarına 2:3 hesabı ilə məğlub olub.

Hesabında 7 xal olan Lüksemburq millisi yarışın qalibidir. Almaniya millisi 6 xalla gümüş, Azərbaycan isə 5 xalla bürünc medala sahib olub. İslandiya voleybolçuları yarışı sonuncu pillədə başa vurublar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt