DataLife Engine > Idman > “O, Azərbaycanda ulduzdur” -

“O, Azərbaycanda ulduzdur” -


27-12-2016, 15:26. Yerləşdirdi: sefa “O, Azərbaycanda ulduzdur” -

“Mövsümün ilk yarısını yaxşı keçirdim. Milli komandaya dəvət almağım mənim üçün gözəl bir mükafatdır. Ümid edirəm ki, etimadı doğrulda biləcəm. Ante Çaçiçə təklifə görə təşəkkür edirəm”.

Xalqİnfo” xəbər verir ki, bu sözlər “Qəbələ”nin və Xorvatiya millisinə dəvət alan Filip Ozobiçə məxsusdur. 25 yaşlı yarımmüdafiəçi yığmaya dəvət almağı yaxşı şans hesab edib:

“Bu, hər bir futbolçunun yaxşı şansdır. Yığmaya dəvət alan futbolçular bunu haqq edirlər. Özümü yaxşı göstərsək, sonda bizi işıqlı günlər gözləyir”.

Bu mövsüm “Qəbələ”nin heyətində 10 qol vurub, 7 məhsuldar ötürmə edən futbolçu ölkəmiz haqda danışıb:

“Bakı möhtəşəm şəhərdir. Böyükdür və Paris kimi gözəldir. Mən Bakını “yeni Dubay” adlandırıram. Azərbaycanda futbola böyük yatırım edilib. Amma stadionlara azarkeş az gəlir. Ümid edirəm ki, bu vəziyyət də düzələcək”.

Filip Ozobiç həmyerlisi və milli komandamızın çalışdırıcısı Robert Prosineçkini tərifləyib:

“Robert Prosineçki Azərbaycanın 1 nömrəli ulduzudur. O, ölkə prezidenti ilə də görüşüb və uğurlu çıxışlara görə təbrikləri qəbul edib”.

Qeyd edək ki, Ozobiç yayda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”nin sıralarına qoşulub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt