DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > Avropa çempionumuz medalından məhrum edildi

Avropa çempionumuz medalından məhrum edildi


17-11-2016, 23:21. Yerləşdirdi: sefa Avropa çempionumuz medalından məhrum edildi

Azərbaycanın tanınmış idmançısı, yunan-Roma güləşi üzrə Avropa çempionu Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Xalqİnfo” xəbər verir ki, bu barədə teleaparıcı, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb. O, qeyd edib ki, buna səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsidir:

“Vitalinin orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb. Güləşçimiz gümüş medalı geri qaytarmalıdır”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt