DataLife Engine > Idman, BLOK XƏBƏR, MANŞET > Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO

Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO


9-10-2016, 18:52. Yerləşdirdi: sefa Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO
Zaman gözləmir, su kimi axıb gedir. Gözünü yumub-açırsan, aylar bir-birini əvəzləyir, fəsillər dəyişir, illər ötür... Bir də ayılırsan ki, 10 il ötüb və çox şey dəyişib. Görməyə alışdığın insanlar indi ortada yoxdur, hərəsi bir küncə çəkilib. Arada öz-özünə sual verirsən ki, onlar indi haradadır? “Onlar” sözünün içində kifayət qədər unudulmuş adlar yatır. Bizim hədəfimiz idmançılar olacaq.

İdmansevərlərin intizarında olduqları unudulmuş ulduzları bir daha gün üzünə çıxaracaq, onların hazırda nə işlə məşğul olduqlarını öyrənməyə çalışacağıq. İlk seçimim idmanın şahı sayılan futbol tarixində ən qəribə adlardan birini daşıyan, Avropada oynadığı dövrlərdə milyonların rəğbətini qazanan, karyerasının son illərini isə okeanın o tayında keçirən, bir sözlə çoxlarını “o indi haradadır” sualıyla üz-üzə qoyan Kaka Leytedir. Ancaq bundan sonrakı seçimlərdə oxucuların da rəyi nəzərə alınacaq. Bilirəm, zövqlər müxtəlifdir. Hər kəsin pərəstiş etdiyi xüsusi idmançılar var. Növbəti yazıda oxumaq istədiyiniz idmançının adını p_hikmet@mail.ru ünvanına yaza bilərsiniz.

Xəstə uşaq

1982-ci il aprelin 22-də Leyte ailəsində gələcəyin ulduz futbolçusu dünyaya gəldi. Rikardo İzekson Dos Santos Leyte uşaqlıqda sağlamlığında müəyyən problemlər yaşayıb. Sümük böyüməsində problemi olan Rikardo fiziki inkişaf baxımından həmyaşıdlarından iki il geri qalırdı. Ancaq gərgin məşqlər və xüsusi dieta sayəsində o, bu bəlanın öhdəsindən gəldi.

Anadangəlmə futbol istedadı olan braziliyalı qəhrəmanımız ilk mükafatını hələ məktəblərarası turnirdə alır. O, ən yaxşı oyunçu seçilir. Elə həmin ərəfədə - 12 yaşı olarkən Braziliyanın “San-Paulu” klubunun yeniyetmə komandasına cəlb olunur. Futbol dünyasına yeni istedadı məhz bu klub tanıdır. Özü də Kaka adıyla. Onun adının açıqlamasını da verim. Kaka onun ləqəbidir. Əsl adı Rikardodur. Onun ləqəbinin müəllifi kiçik qardaşı Diqao olub. Diqao böyük qardaşı Rikardonun adını tam təlləffüz edə bilmirdi və onu “Kaka” adlandırırdı. Bundan sonra valideynləri və qohumları da Rikardonu bu adla çagırmaga başladılar.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Möcüzəyə bərabər hadisə

2000-ci ildə baş verən hadisə indi də eşidənləri şoka salır. Kaka ailəsi ilə birlikdə istirahət etmək üçün Akvaparka gedir. Futbolçu ən böyük təpəcikdən suya sürüşmək istəyir. Lakin o, sürüşən zaman suya düşmək əvəzinə hovuzun divarına çırpılır. Həmin vaxt Rikardo özünü heç nə olmamış kimi aparır və ətrafdakılar bu hadisəni ciddiyə almır. Səhəri gün məşqə gələn Kaka dəhşətli agrı hiss edib huşunu itirir. Onu təcili xəstəxanaya aparırlar. Müayinədən sonra futbolçuya onurğa sümüyünün zədələnməsi və beyin əzilməsi diaqnozu qoyulur. Hamı şokdadır, nəfəslər tutulub. İstedadlı yeniyetmənin futbol meydançasına qayıtması və hətta ayaga qalxması möcüzə hesab olunurdu. Bu zaman kəsiyini futbolçunun həyatında ən qorxulu və vahiməli dövr hesab etmək olar. O, iki ay yataq xəstəsi oldu. Futbolçunun özünə inamı və Allaha olan sevgisi onun sagalmasında böyük rol oynadı. Kaka iflic vəziyyətində qalmamağı üçün hər gün Allaha dua edirdi. Bir müddət sonra hər şey qaydasına düşdü və Kaka sağaldı. Həkimlər bu hadisəni möcüzə adlandırdı. Bu günə qədər hər dəfə qol vuranda Kaka əllərini səmaya tərəf qaldırıb, onu futbolda saxladıgı üçün Allaha təşəkkür edir. Yəqin pərəstişkarları o dəqiqə həmin anları gözləri önündə canlandırdı...
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO







Dindar Kaka

Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Rikardo Kaka dindar ailədə böyüyüb. Qəlbən Tanrıya baglı olan futbolçunun “Jesus” yazısı olan bir neçə bilərziyi var. Kakanın xahişilə “Adidas” firması futbolçu üçün xüsusi buts hazırlamışdı. Butsun üzərində Kakanın adı ilə yanaşı “Allah bagışlayandır” sözləri yazılıb. Həyatının çətin anlarında Kaka özünə həmişə bu sualı verir: “İsa Peygəmbər mənim yerimə olsaydı, nə edərdi?”
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






2001-ci ildəki “partlayış”

Gənc Kakanın futbol səhnəsinə qayıdışı 2001-ci ilin martına təsadüf etdi. “San-Paulu” və “Rio” komandaları finalda üz-üzə gəlirdi. Kaka matçın son dəqiqələrində meydana çıxanda komandası hesabda geri idi. Və elə bir şey baş verdi ki... Braziliyalı istedad 2 qol vuraraq komandasına qələbə qazandırdı. Bir anda bütün Braziliya Kakadan danışmağa başladı. Ünvanına saysız-hesabsız məktublar gəldi. Mətbuat addım-addım onu izlədi. Bir sözlə, ulduz xəstəliyinin inkişaf etməsi üçün münbit şərait yaradıldı. Ancaq Kaka soyuqqanlılığını itirmədi və necə ciddi, işinə məsuliyyətli idisə, elə də davam etdi. Həmin il Braziliya gənclər millisinin kapitanı olan futbolçu ölkənin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görüldü. Əlbəttə, bütün bunlar əsas millinin baş məşqçisinin diqqətindən qaça bilməzdi. Luis Felipe Skolari onu 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundiala apardı və Kaka 20 yaşında dünya çempionu oldu.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Sıraya düzülən elçilər

Bu dünya çempionatından sonra artıq bütün dünya ondan danışmağa başladı. İstedadlı futbolçular üçün pusquda duran Avropanın nəhəng klubları dərhal irəli atıldı. Yekunda “ləl-cəvahir” uğrunda mübarizəni “Milan” qazandı. Baxmayaraq ki, italyanların transferə ödədiyi məbləğ “Mançester Yunayted”in təklif etdiyi puldan iki dəfə az idi. Ancaq təəccüblənməyə əsas yoxdur. Kaka özü vaxtilə demişdi ki, “San-Paulu”dan ayrılsam, uşaqlıq arzum olan “Milan”a gedəcəm.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Həyatının ən xoşbəxt anı

Çoxları braziliyalı gənc futbolçunun yeni klubuna çətinliklə uyğunlaşacağını düşünürdü. Çox keçmədi ki, belə düşünənlər yanıldığını anladı. O, sərgilədiyi futbolla qısa zamanda “Milan”ın liderinə çevrildi. Hər şey qaydasında gedirdi. Karyerasındakı uğurların davamı olaraq, 2005-ci ildə Kakanın şəxsi həyatında da əlamətdar hadisə baş verdi. O, professor ailəsində doğulan 20 yaşlı Karolina Selisoyla ailə qurdu. Onların şad gününə 600 qonaq dəvət olunmuşdu. Həmin günü braziliyalı futbolçu həyatının ən xoşbəxt anı hesab edir. Ancaq iki övladı olan cütlük 2015-ci ildə boşandı.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Bir qalmaqalın təsiri və “Qızıl top”

Əlbəttə, insan həyatı başdan-ayağa xoşbəxtliklərlə dolu olmur. Elə Kaka da kələkötür yollardan keçib. Elə 2006-cı ildə İtaliya futbolunda baş verən “Kalçopoli” qalmaqalını xatırlamaq kifayət edər. Xoşbəxtlikdən “Milan” “Yuventus” kimi ağır cəzaya məruz qalmadı. Vəziyyətin düzəldiyini düşünmək olardı. Ancaq bu məqamda Kakanın ən yaxın dostlarından sayılan komanda yoldaşı Andrey Şevçenko “Çelsi”yə transfer olunur. Bu boşluğu “Milan”da heç kim doldura bilmir. Tezliklə Kakanın da oyununda eniş müşahidə olunmağa başlayır. Yalnız 2007-ci ildə Çempionlar Liqasında “Liverpul” üzərində qazanılan uğur diqqət çəkir. Elə həmin il Kaka “Qızıl top”a layiq görülür. Məhz bundan sonra adıçəkilən qənimət uğrunda Ronaldo-Messi hegemonluğu başlayır.

Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO







Yenə də futbolçuları “yoldan çıxaran” “Real”...

2008-ci ildə “Mançester Yunayted” superulduzu ələ keçirmək üçün ikinci dəfə cəhd etdi. Bu dəfə 100 milyon funt sterlinqlik təklif havada qaldı. Bundan sonra hər kəs Kakanın karyerasını “Milan”da başa vuracağını düşünürdü. Ancaq sən saydığını say, gör “Real” nə sayır. Madrid klubu növbəti dəfə həyatda hər şeyin qiyməti olduğunu sübut etdi və 2009-cu ilin iyununda dünya mətbuatı Kakanın “Real”a transferi xəbərini tirajlamağa başladı. “Santyaqo Bernabeu” 4 il bu dindar oğlanın oyunundan həzz aldı. Ancaq ədalət naminə deyək ki, o, Madriddə Milanda olduğu kimi lider statusu qazana bilmədi. 6 illik bağlanan müaqviləyə 4 ildən sonra xitam verilməsi də belə düşünməyə əsas verir. Əlbəttə, zədələrin də bunda müəyyən rolu oldu. Bir sözlə, “Real”dan sonra Kaka yenə “Milan”a qayıtdı. Ancaq “qatar artıq getmişdi”. Nə Kaka əvvəlki Kakaydı, nə də “Milan” əvvəlki “Milan”. Bunu özü də başa düşən “Qızıl oğlan” Avropanı tərk etməyə qərar verdi.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Səssiz gediş, azarkeşlər və mətbuatın narazılığı

İkinci “Milan” dönəmində cəmi 1 mövsüm oynadıqdan sonra Kaka doğma Braziliyaya, “San Paulu”ya qayıdır. Deyilənə görə, bu qayıdışda onun həyat yoldaşının istəyi də rol oynayıb. Ancaq əsas səbəb başqadır. Belə ki, komandaya yeni baş məşqçi təyin olunan Filippo İnzaqi gələcək “Milan”ı Kakasız qurmağı düşünürdü. Ona görə də braziliyalı həyat yoldaşının da istəyinə uyğun olaraq, vətənə dönməyə qərar verdi.
Əslində «Milan» azarkeşləri onun gedişini istəmirdi. Bununla bağlı etirazlar klubun vitse-prezidenti Qallianiyə də çatdırılmışdı. Eləcə də italyan jurnalistlər də Kakanın komandadan ayrılmasını tənqid edirdilər. Çünki həqiqətən də Kaka kimi təcrübəli futbolçunun “Milan”da qalması lazım idi. Komandanın onun təcrübəsinə çox böyük ehtiyacı var idi. Ancaq baş məşqçinin qərarına qarşı çıxmaq olmazdı. Üstəlik, klubun prezidenti Silvio Berluskoni, eləcə də vitse-prezident Qalliani baş məşqçiyə bütün qərarlarında dəstək olacaqlarını söz vermişdilər.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO






Yaddaşlara həkk olunan «22»

Bundan sonra “Milan”da 22 nömrəli formanı kimin geyinməsi önəmli deyil. Ola bilsin, bəlkə də heç kim bundan sonra bu formanı geyinməsin. Ancaq istənilən halda, Kaka məhz 22 nömrəli forma altında “Milan” azarkeşlərinin yaddaşında əbədi olaraq qalacaq.
Kaka isə “San-Paulu”da çox qalmadı. Daha doğrusu, ora formasını qorumağa getmişdi. Çünki “Milan”la müqavilə pozulandan sonra o, “Orlando Siti”ylə anlaşmışdı. Buna təkan verən səbəb isə MLS klubunun prezidenti Flavio Auqusto Da Silva ilə dost olması idi.
Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO







Son akkordlar

Avropa futbolun güzgüsü olduğu üçün kimin necə oynadığı haqqında daha çox məlumat əldə etmək olur. Ancaq okeanın o tayında baş verənlərə mətbuatda az yer verilir. Hələ ki, yeni komandasında ciddi uğur əldə etməsə də, Kaka iki mövsüm ərzində 50-yə yaxın oyun keçirib. 20-yə yaxın da qol vurub. 10 il əvvəl biz necə onun oyunundan, topla sürətli keçidlərindən, ecazkar qollarından həzz alırdıqsa, indi bu həzzi amerikalılar yaşayır. Hərdən adamın paxıllığı tutur...

Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO














DOSYE

Ad: Rikardo Izecson dos Santos Leite

Ləqəbi: Kaka, Qızıl oğlan, Rikki, Dindar

Doğum tarixi: 22.04.1982

Doğum yeri: Braziliya

Boyu: 186 sm

Çəkisi: 82 kq

Ampluası: hücumameylli yarımmüdafiəçi

Klub karyerası

2001-2003 San-Paulu 59 oyun, 23 qol

2003-2009 Milan 193, 70

2009-2013 Real 85, 23

2013-2014 Milan 30, 7

2014 San-Paulu (icarə) 19, 2

2014... Orlando Siti 45, 17

Milli karyerası

2001 Braziliya U-20 5 oyun, 1 qol

2002... Brazil 92, 29

Ən böyük uğurları

İtaliya çempionu: 2003/04

İtaliya Superkuboku: 2004

Çempionlar Liqası: 2006/07

UEFA Superkuboku: 2007

Klublararası dünya çempionatı: 2007

İspaniya çempionu: 2011/12

İspaniya kuboku: 2010/11

İspaniya Superkuboku: 2012

Dünya çempionu: 2002

Konfederasiyalar kuboku: 2005, 2009

Qızıl top: 2007

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az



Geri qayıt