DataLife Engine > Idman > Dünya Çempionatında qorxu dolu anlar -

Dünya Çempionatında qorxu dolu anlar -


19-06-2014, 13:14. Yerləşdirdi: Tural Dünya Çempionatında qorxu dolu anlar -
Martins İndi qorxuya saldı. ANS PRESS-in məlumatına görə, Martins indi Hollandiya-Avstraliya qarşılaşmasında təhlükəli vəziyyətlə üzləşib. Oyunçu Braziliyada keçirilən Dünya Çempionatında zədə alıb.

Martins oyun zamanı komanda yoldaşı Van Persie ilə toqquşub. Toqquşmadan sonra futbolçu yerə yıxılıb və göz bəbəkləri dirənib. Dərhal həkim çağrılıb və oyunçu stadiondan çıxarılıb. Onu Depay əvəz edib.

Özündən gedən İndi beyin silkələnməsi şübhəsi ilə xəstəxanaya aparılıb.
Hollandiya tərəfinin yeganə təsəllisi ilə matçı 3-2 hesabı ilə qazanması olub.

Qeyd edək ki, Martins İndi 22 yaşındadır. 2010-cu ildən milli komandanın heyətindədir. O, bu mövsümdə 32 matça çıxıb. Mövsümə 3 qolla son vurub.
Geri qayıt