Azərbaycan 5 medal qazandı
24-07-2016, 16:40. Yerləşdirdi: Tural Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Xalqinfo.az Cüdo Federasiyasından “Qafqazinfo”ya verilən məlumata əsasən bildirir ki, yarışın ilk günü Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Təmsilçilərimizdən Kəramət Hüseynov (55 kq) qızıl, Nəriman Əhmədov (55 kq), Tofiq Məmmədov (60 kq) gümüş, Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunur.
Kainat Şirin
Xalqinfo.az
Geri qayıt