DataLife Engine > Idman > Millimiz yenə uduzdu

Millimiz yenə uduzdu


3-06-2016, 16:13. Yerləşdirdi: Tural Makedoniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Nazim Süleymanovun komandası makedoniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Matç yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin heyətində yeganə qolun müəllifi Fərid Nəbiyev olub.

Xatırladaq ki, yığmamız Makedoniyaya ilk yoxlama matçında 0:2 hesabı ilə uduzmuşdu.
Geri qayıt