DataLife Engine > Idman > iİki matçdan sonra finalçılar

iİki matçdan sonra finalçılar


21-04-2015, 17:47. Yerləşdirdi: Kainat iİki matçdan sonra finalçılar Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulacaq.

Xalqinfo.az-ın məlumatına görə, baş tutacaq iki matçdan sonra finalçılar müəyyənləşəcək.

Günün ilk oyununda "Simurq" "Qarabağ"ı qəbul edəcək. Zaqatala şəhər stadionunda baş tutacaq matçı Orхan Məmmədov idarə edəcək. İlk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri səfər matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 1:2, 2:3 başqa bənzər hesablı məğlubiyyətlərlə finala çıхacaq. "Simurq"la "Qarabağ" bu mövsüm artıq 5 dəfə qarşılaşıb. Premyer Liqada baş tutan 4 (1:0 3:2 1:0 2:0) və kubokun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" (2:0) gülən tərəf olub.

Mərhələnin son oyununda "İnter" "Neftçi"ni qəbul edəcək. Paytaхt klublarının ilk oyununda "Neftçi" 2:0 hesablı qələbə qazanıb. "Ağ-qaralar" cavab matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 0:1, 1:2, 1:3 və başqa bənzər hesablı məğlubiyyətlərlə adını finala yazdıracaq. "İnter"lə "Neftçi" bu mövsüm Premyer Liqada da 3 dəfə qarşılaşıb. "Neftçi" bu oyunlarda qələbə qazana bilməyib (0:0 2:1 2:0).

Azərbaycan Kuboku
Yarımfinal
Cavab oyunları

21 aprel
Simurq - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zaqatala şəhər stadionu. Saat 18.00.

İnter - Neftçi
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər:Vüsal Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"İnter Arena". Saat 19.00.
Mənbə
ANS PRESS

Geri qayıt