Rəqiblər müəyyənləşdi
6-01-2015, 03:23. Yerləşdirdi: Kainat Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirdə milli komandamızın növbəti mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib.
Millimiz ikinci mərhələdə H qrupunda yer alacaq. Millimizin rəqibləri isə Sankt-Peterburq və Cənubi Koreya yığmaları olacaq.
Yığmamız ilk matçını yanvarın 7-də Sankt-Peterburqa qarşı keçirəcək. Növbəti oyun isə yanvarın 8-də baş tutacaq. Həmin gün Nikolay Adamın komandası Cənubi Koreya ilə üz-üzə gələcək. Hər iki matç yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17:30-da ) start götürəcək.
xatırladaq ki, millimiz H qrupunda birinci yer tutacağı halda son oyun günündə finalda, qrupda ikinci olacağı təqdirdə bürünc medallar, qrupda sonuncu olacağı zamanı isə beşinci yer uğrunda mübarizə aparacaq. (qol.az)
Geri qayıt