» » Ermənilər I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmürlər

Ermənilər I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmürlər

Bölmə: Idman
Ermənilər I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmürlərErmənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür. trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.

Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.
MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.
Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler