» » "Xaqani Məmmədovdan AFFA prezidentinə şikayət edəcəm

"Xaqani Məmmədovdan AFFA prezidentinə şikayət edəcəm

Bölmə: Idman
"Xaqani Məmmədovdan AFFA prezidentinə şikayət edəcəm“FİFA hakimliyindən kənarlaşdırıldığım üçün AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevlə görüşəcəyimi demişdim. Hələlik görüşümüz baş tutmayıb. İşləri çox olduğu üçün gözləyirəm”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Anar Salmanov deyib.

FİFA-nın 2015-ci il üçün açıqladığı beynəlxalq dərəcəli hakimlərin siyahısından çıxarılan Salmanov təkcə bu görüşlə kifayətlənməyəcəyini bildirib: “Həm Elxan, həm də Ramin müəllim Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni edirlər. Onların mənə haqq qazandıracağına inanıram. Bundan əlavə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan AFFA prezidenti Rövnəq Abdullayevə şikayət etməyi də düşünürəm. Hələlik tələsmirəm. Lazım olanda bunu edəcəm. Elxan Məmmədov və Ramin Musayevlə görüşdən çox şey asılıdır”.

Qeyd edək ki, Anar Salmanov 2015-ci ildə FİFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunlarda Azərbaycanı təmsil edə bilməyəcək. Əvəzində bu missiyanı Əliyar Ağayev və Rəhim Həsənovla yanaşı, Orxan Məmmədov yerinə yetirəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler