» » Rusiyaya şok qadağa

Rusiyaya şok qadağa

Bölmə: Idman
Rusiyaya şok qadağa
Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarında iştirakdan məhrum edib.

Xalqinfo.az xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına və dünya çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.

Səbəb isə dəfələrlə rusiyalı idmançılarda dopinqin aşkarlanmasıdır.

Bu qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

***

Bu sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

***

Lakin Rusiya idmançıları Olimpiya Oyunlarında iştirak edə bilər. Yalnız onlar bu zaman Rusiyanı təmsil etməyəcəklər. Beynəxalq Olimpiya Komitəsinin bayrağı altında yarışlara qatıla biləcəklər. Dünya təcrübəsində əvvəllər belə hallara rast gəlinib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler