» » Həbiblə Ferqyusonun döyüş vaxtı

Həbiblə Ferqyusonun döyüş vaxtı - AÇIQLANDI

Bölmə: Idman
Həbiblə Ferqyusonun döyüş vaxtı
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtı açıqlanıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə qurumun prezidenti Deyna Uayt məlumat yayıb. O, döyüşün gələn ilin mart ayında keçirləcəyini bildirib və hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb, 3 dəfə məğlub olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler