» » Messinin "het-trik" magiyası

Messinin "het-trik" magiyası

Bölmə: Idman
Messinin "het-trik" magiyasıİspaniya La Liqasının 13-cü turunda keçirilən "Barselona" - "Espanyol" oyunu Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Barselona" forması ilə yubiley qolunu vurub.

Kataloniya derbisində het-trik edən Messi komandasının qələbə qazanmasında böyük rol oynayıb. Matçın 50-ci dəqiqəsində ikinci penaltidən fərqlənən ulduz futbolçu "Barselona"da 400-cü qoluna imza atıb.

Qeyd edək ki, "Barselona" - "Espanyol" oyunu 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Son günlər bir maraqlı fakt da müzakirə olunur ki, argentinalı ulduz bir çox rekordları het-trik edən zaman qırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler