» » Azərbaycan qılıncoynadanı Gürcüstanda qızıl medal qazandı

Azərbaycan qılıncoynadanı Gürcüstanda qızıl medal qazandı

Bölmə: Idman
Azərbaycan qılıncoynadanı Gürcüstanda qızıl medal qazandı
Azərbaycan qılıncoynadanı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

"Xalqinfo"nun məlumatına görə, sablya üzrə milli komandamızın lideri finalda yerli Teodara Kaxianidən üstün olub.

O, gürcü rəqibini 15:12 hesabı ilə məğlub edib.

Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini adlasalar da, 1/8 final səddini keçə bilməyiblər. Aysel Əhədova isə mübarizəni qrup mərhələsində dayandırıb.

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler