» » “Ağ Canavar” da dünya çempionu oldu

“Ağ Canavar” da dünya çempionu oldu

Bölmə: Idman
“Ağ Canavar” da dünya çempionu oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatı başa çatıb.

"Xalqinfo" xəbər verir ki, Ramal Aslanovun ardından “Ağ Canavar” ləqəbli Eduard Məmmədov (-63 kq) finalda italiyalı rəqibini məğlub edərək dünya çempionu olub.

Bu, Eduard Məmmədovun WAKO tərəfindən keçirilən dünya çempionatında ilk qızıl medalıdır. Digər finalçılarımızdan Məhəmməd İmanov və Telman Məhərrəmov isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Haşimi isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan millisi vətənə doqquz medalla (iki qızıl, iki gümüş və beş bürünc) dönəcək.
“Ağ Canavar” da dünya çempionu oldu
“Ağ Canavar” da dünya çempionu oldu
“Ağ Canavar” da dünya çempionu oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler